VMware virtual maşın faylları və nə üçün istifadə olunur (Qısa)

VMware virtual maşın faylları və nə üçün istifadə olunur (Qısa)

Hər bir virtual maşının arxasında onu işləməsinə imkan yaradan disk, bios və digər informasiyanı özündə saxlayan fayllar var. Bu məqalədə qeyd edilən fayl tipləri VMware üzərində qurulmuş virtual maşınlara aiddir.

Demək olar bütün faylların adlarında virtual maşının adını görə bilərsiz. Məqalədə görə biləcəyiniz bəzi tip faylları öz maşınlarınızın faylları arasında görməyə bilərsiz. Buna səbəb odur ki, hər bir fayl müəyyən səbəbdən yaranır və müəyyən səbəbə istifadə edilir (Misal üçün snapshot faylları). Yəni virtual maşının vəziyyətindən asılı olaraq faylların növü dəyişə bilər.

  • Virtual Machine Configuration File (.vmx): Bu fayl virtual maşının əsas konfiqurasiya faylıdır. Burada, virtual maşının konfiqurasiyaları (prosessor, yaddaş, disk kontrollerləri, şəbəkə adapterləri), virtual aparat (hardware) versiyaları, boot opsiyaları kimi məlumatlar saxlanılır.
  • Virtual Disk Files (.vmdk): VM-in virtual hard diskləri bu tip sonluqla bitir. Bu tip fayllarda adətən əməliyyat sistemi və hər hansısa məlumatlar saxlanılır. VMware müxtəlif disk formatlarını dəstəkləyir, buna monolit və split VMDK tipləri daxildir. Virtual disk faylları thin provisioned və ya thick provisioned ola bilər.
  • Snapshot Files: VM-in snapshotunu alındıqda, ESXi snapshot file yaradır. Bu da VM-in o anda olan vəziyyətini əks etdirir. Bu fayllara memory state file (.vmsn) və delta disk files (delta.vmdk) aiddir. Delta disk faylları, snapshot götürüldükdən sonra VM-də edilən dəyişiklikləri saxlayır.

Şəkildə snapshot-dan əvvəlki fayllar göstərilib

Snapshotdan sonra isə yeni faylların yarandığını görə bilərik

  • Log Files: ESXi, hər VM üçün log faylları yaradır və bu fayllar VM-in operation ilə əlaqədar event, error və digər tip log-ları qeyd edir. Log faylları, sistemdə səhvlərin aşkarlanması (error detection), və ya audit üçün faydalı ola bilər.
  • Lock Files: VMware ESXi, eyni anda bir neçə prosesin VM fayllarını dəyişdirməsinin qarşısını almaq üçün lock (kilidləmə) faylları istifadə edir. Bu fayllara misal olaraq configuration file lock (.vmx.lck) göstərmək olar.

Bu fayllar, virtual maşınların yaradılması, konfiqurasiyası, idarə edilməsi və istifadəsi üçün mühüm rol oynayır.

Share