GOOGLE DRIVE VƏ ONEDRIVE VASITƏSİ İLƏ PULSUZ HOSTİNG

Salam, sizə demək olar ki, hammızın istifadə etdiyi Google Drive və Microsoft OneDrive-da website yerləşdirməyi izah edəcəyəm. Bunun üçün bizə sadəcə Google və ya Microsoft hesabı lazımdır.

Mən misal üçün Google hesabı işlədəcəyəm, amma OneDrive üçündə proses eynidir.

Qeyd: Bu yalnız statik saytlar üçün keçərlidir, yəni php və wordpress tip saytlar üçün müəyyən səbəblərdən yararlı deyil.

İlk öncə Google hesabəmıza daxil oluruq. Burada ‘www.website.az’ adlı qovluq yaradırıq. Adın elədə önəmi yoxdur, əsas əvvəldə ‘www’ və sonda ‘.com’ və ya ‘.az’ olsun. Əksər hallarda ona ehtiyac olmur.

Sonra drive vasitəsi ilə yerləşdirmək istədiyimiz saytın fayllarını bu qovluğa upload edirik. Mən test üçün adi html formatda index faylı qoyacağam sayta.

Upload etdikdən sonra qovluğun üzərində sağ düyməni basıb ‘Get Shareable Link’ seçib qovluğu publik edirik.

Daha sonra DRV saytına keçirik. Burada Google Drive seçirik. Və qovluq yaratdığımız Google Drive ilə qeydiyyatdan keçirik.

Təbriklər! Saytınız uğurla public oldu. Your web pages altında verilən link bizim saytımızındır. Keçib saytımıza baxa bilərik.

Qeyd etmək lazımdır ki, bəzən safari brauzerində saytın yüklənməsi ilə problem yarana bilər, səhifəni bir neçə dəfə update etdikdən sonra sayt açılır.

Əgər domen əlavə etmək istəyirsizsə bununda həlli var.

Bunun üçün bizə CloudFlare hesabı və Domen adı lazımdır.

Domeniniz yoxdursa online.az vasitəsi ilə .az və ya hostimul.com vasitəsi ilə yeni domen əldə edə bilərsiniz.

CloudFlare-də qeydiyyat keçdikdən sonra domenimizin adını burada yazırıq və sonra CloudFlare verən NameServerləri öz domenimizin NameServer bölməsində qeyd edirik.

Daha sonra drv.tw verən linki kopyalayıb CloudFlare saytına keçirik və saytımızın dns bölməsinə keçirik.

Saytımızın domen ilə işləməsi üçün təzə C-Name Record yaradırıq.

C-Name Record yaradanda Host-a yəni Name hissəsinə ‘www.’ yazırıq. Value hissəsində linkimizi qoyuruq və HTTPS prefiksini yığışdırırıq. TTL hissəsinə AUTO yazırıq.

Daha sonra yeni URL Record yaradıb http://(domenimiz) yazırıq.

Saytın işləməsi 48 saat-a qədər çəkə bilər.

Share