VMware vSphere (əvvəllər VMware Infrastructure kimi tanınıb) – ESXi hipervizoru və vCenter idarəetmə proqramını özündə birləşdirən server virtuallaşdırma məhsulları dəstinin adıdır.
VMware vSphere aşağıdakı komponentləri özündə birləşdirir:
- ESXi Hypervisor – vSphere-in əsas komponentidir və bilavasitə fiziki server aparatında işləyən virtuallaşdırma qatı kimi xidmət edir. ESXi, serverin fiziki resursları hesabına çoxsaylı VM-lərin müstəqil işləməsinə imkan verən yüngül, birinci növ hipervizordur
- vCenter Server – vCenter Server çoxsaylı ESXi hostlarını və VM-ləri idarə eləmək üçün mərkəzləşdirilmiş idarəetmə alətidir. O, administratorlara veb-əsaslı interfeys vasitəsilə virtuallaşdırılmış mühitləri konfiqurasiya, monitorinq və idarə eləməyə imkan verir. vCenter Server həmçinin vMotion (VM-lərin canlı miqrasiyası), Yüksək Əlçatımlılıq (HA), Paylanmış Resurs Planlayıcısı (DRS) və vSphere Update Manager (yamaq və yeniləmə üçün) kimi funksiyaları təklif edir.
- vSphere Client – Qısası vCenter serveri idarə eləmək üçün istifadə olunan qrafik (GUİ) interfeysdir.
- VMware vSphere Distributed Switch (VDS) – Bütün hostlar və VM-lər arasında şəbəkə parametrlərinin konfiqurasiyası və monitorinqi üçün vahid nəzarət nöqtəsi təmin etməklə şəbəkənin idarə edilməsini asanlaşdırır.
- VMware vSphere Storage Appliance (VSA) – VMware vSphere bir çox saxlama texnologiyalarını dəstəkləyir. Bunlara lokal saxlama diskləri, SAN və NAS aiddir. Həmçinin vSAN, VAAİ və vMotion kimi funksiyalarda bu komponentdə istifadə edilir
- vSphere High Availability (HA) – klasterdə olan serverlərdən birində nasazlıq yarandığı zaman virtual maşınları klasterdə olan digər serverin üzərində avtomatik qaldıraraq HA təmin edir.
- vSphere Distributed Resource Scheduler (DRS) – DRS VM-lara ayrılmış resursları klasterdə olan ESXi serverlər arasında balanslı şəkildə bölünməsini təmin edir
- vSphere Fault Tolerance (FT) – VM-da problem yarandığı zaman digər host-da VM öz işinə davam edir və HA-dən fərqli olaraq restart tələb etmir
- vSphere Update Manager (VUM) – Servislərdə olan yeniləmələrin (Update) idarə edilməsini rahatlaşdıran komponentdir.
- vSphere APIs and SDKs – Bu komponentlər tərtibatçılara (Developer) VMware vSphere funksionallığını avtomatlaşdırmağa, genişləndirməyə imkan verir, virtuallaşdırılmış infrastrukturun daha səmərəli idarəsinə şərait yaradır.