Ubuntu-da Samba qurulması

Samba server qurmaq üçün terminalda verilmiş komandanı buraxmalıyıq.

sudo apt update
sudo apt install samba

Samba yazıldıqdan sonra,

mkdir /home/<username>/sambashare/

Komandasını buraxaraq sambashare direktoriyası yaradırıq. Username yerinə, direktoriya home-unda yerləşəcək user adını qeyd edirik, sambashare isə istənilən ad ola bilər. Hazırda misal üçün sambashare istifadə olunacaq.

Samba-nın konfiqurasiya faylı /etc/samba/smb.conf direktoriyasında yerləşir. Konfiqurasiya faylını dəyişərək sambashare yerləşdiyi yeri göstərməliyik. Dəyişiklik üçün verilmiş komandanı buraxmalıyıq.

sudo nano /etc/samba/smb.conf

Konfiqurasiya faylının sonuna verilənləri əlavə edirik.

[sambashare]
    comment = Samba on Ubuntu
    path = /home/username/sambashare
    read only = no
    browsable = yes

Nano ilə işləməyənlər üçün deyim ki, Ctrl-O dəyişiklikləri fayla yadda saxlamaq üçün istifadə olunur. Ctrl-X ilə nano-nu bağlayırıq.

İndi Samba servisini restart etməliyik

sudo service smbd restart

və samba trafikini firewall-a əlavə etməliyik.

sudo ufw allow samba

Samba istifadəsi üçün samba istifadəçisi yaradmaq lazımdır, username istifadəçi adına dəyişməklə yeni istifadəçi yaradıb şifrə təyin edə bilərik

sudo smbpasswd -a username

Samba server hazırdır, windows üzərindən qoşulma üçün Ctrl-R (Run) açaraq ip adres və direktoriya adını yazmaq gərəkdir. Misal:

\\ip-address\sambashare

Qoşulduqdan sonra görə bilərik ki, paylaşılan direktoriyaya fayl kopyalamaq olmur. Permission denied səhvi gəlir. Bunun üçün bu komandanı buraxmaqla hər kəsə fayl yaradmaq dəyişmək icazəsi vermiş oluruq

chmod -R 777 sambashare/
Share