Ubuntu 22.04 üzərində Wireguard VPN

İlk öncə Wireguard VPN quracağımız serverə daxil oluruq. Mən Amazon AWS üzərində Ubuntu 22.04 server qaldırıb bütün prosesi orada həyata keçirəcəyəm. Serveri icarələdiyimiz provayderdən asılı olaraq firewall konfiqurasiyalarında dəyişiklik etmək lazımlı ola bilər. Bu konfiqurasiyaları dəyişmə prosesi hər provayderdə fərqli olsada məntiq olaraq eynidir. Hər halda firewall-da 51820 UDP və 51821 TCP portlarını açırıq. Qeyd edim ki, VPN docker üzərində olacaq. Serverə daxil olduqdan sonra, aşağıdakı komandalar ilə docker-i hazır vəziyyətə gətiririk.

curl -sSL https://get.docker.com | sh
sudo usermod -aG docker $(whoami)

Aşağıdakı komandanı tam kopyalayıb notepada salırıq, YOUR_SERVER_IP yerinə serverin provayder tərəfindən təyin edilmiş public ip adresini yazırıq, YOUR_ADMIN_PASSWORD yerində isə istifadə olunacaq şifrə yazılır. Komandanı tam kopyalayıb serverdə başladırıq.

docker run -d \
--name=wg-easy \
-e WG_HOST=YOUR_SERVER_IP \
-e PASSWORD=YOUR_ADMIN_PASSWORD \
-v ~/.wg-easy:/etc/wireguard \
-p 51820:51820/udp \
-p 51821:51821/tcp \
--cap-add=NET_ADMIN \
--cap-add=SYS_MODULE \
--sysctl="net.ipv4.conf.all.src_valid_mark=1" \
--sysctl="net.ipv4.ip_forward=1" \
--restart unless-stopped \
weejewel/wg-easy

Komanda işini bitirdikdən sonra, brauzerdə your_server_ip yerinə qeyd etdiyimiz public ip-ni yazıb sonuna port 51821 əlavə edirik.

p.s İP adresdən sonra port qeyd 1.1.1.1:51821

Şifrəmizi qeyd edib vpn profili yükləyirik. Profili vpn klient-ə qoyraq istifadə edə bilərik.

Share