Hosting nədir?

İlk öncə “Hosting nədir?” sualına cavab vermək istərdim.
Hostinqin əsasında serverlər durduğu üçün gəlin təsəvvür edək ki, server bir binadır. Bu binada bir çox servislər həyata keçirən şirkətlər var. Bu binada həmçinin fayllar saxlanılan otaq var və bu otaq Veb Server adlanır. Bütün saytlar Veb Serverlərdə yerləşir.
Müəyyən provayderlər var ki, bu otaqlarda yəni serverlərdə rəfləri icarəyə verirlər. Bu servis hostinq adlanır.
Hosting haqqında daha ətraflı mənim bu postumda oxuya bilərsiz. Ətraflı…
Pulsuz Hostinq

Pulsuz hostinq provayderlərinə 000webhost və InfinityFree kimi saytları misal çəkmək olar.
Bu məqalədə mən İnfinityFree provayderindən danışacağam, beləki, şəxsən özüm bu servisdən istifadə edirəm və həmçinin bu blogda bu hostinqdə yerləşdirilib. Tamamilə pulsuz servisdir və oxşar servislərin içində ən keyfiyyətli Limitsiz trafik verən provayderdir.

Müsbət tərəfləri
Bu provayderin ən müsbət tərəfi pulsuz olmasıdır.
Demək olar ki, limitsizdir. Yəni limitsiz Sub-domen, Add-on domen, Parked domen, MYSQL databazası, Trafik, Disk Kvotası və s. təklif edir.
Softaculous dəstəyi var.
Reklam çıxarmır.
İstifadəçi sayı çox olduğundan zəngin bilik bazası olan forumu var. Bu da o deməkdir ki, qarşılaşdığınız problemi axtarsaz həllini tapmaq rahat olacaq. Beləki, artıq digər istifadəçilər həmin problemin həll yolunu tapıb yazırlar
Mənfi tərəfləri
Limitsiz e-mail təklif etsədə şəxsən məndə mx serverlərin qurulmasında problemlər yaşanmışdı. Bu səbəbdən mail serverimi digər serverdə qurmaq məcburiyyətində qalmışdım.
Dəstək yoxdur. Yəni qarşılaşdığınız problemin həllini forumda axtarmağa məcbursuz.
İstifadəçi sayı çox olduğundan BackEnd tərəfdədə FrontEnd tərəfdədə bəzən loading çox gedir.
3-dən artıq sayt yerləşdirmək olmur.
Qeydiyyat
Qeydiyyat üçün infinityfree.net saytına keçib qeydiyyatdan keçmək kifayətdir.
Faydalı məlumatdır. Təşəkkürlər Qurbanov!