Limitsiz və Pulsuz Şəxsi VPN (VİDEO)

Bir çoxları VPN-in təkcə internetdə izsiz qalması üçün istifadə olunduğunu fikirləşir. Və bu doğrudur, amma bazarda olan VPN servislər bunu tam təmin eləmir. Yəni uzun sözün qısası əgər təhlükəsiz və ya gizlin qalmaq istəyirsizsə bazardakı servislərə bel bağlamayın və öz VPN-nizi öz serverinizdə və ya kirayə götürdüyünüz güvəndiyiniz VPS serverdə qurun.

Bu gün ki post gizlilik deyil əsasən təhlükəsizlik ilə bağlıdır, beləki, bildiyimiz kimi ölkəmizdə kiber təhlükəsizlik və insanların bu təhlükələrə qarşı bilikləri elədə ürək açan deyil və buna görə də tez-tez ‘Kimin nəyinə lazımdır axı mənim kodum’ kimi sualları eşidmiş oluruq.

İdeal təhlükəsizlik deyilən bir şey yoxdur amma qarşısı alına biləcək təhlükələr çoxdur. Public İctimai WiFi şəbəkələrində network sniffing təhlükəsinin qarşısını almaq üçün ən ideal vasitələrdən biri VPN-dir. Sniffing o deməkdir ki, MİTM attack nəticəsində kimsə şəbəkəni analiz edə bilər və şəbəkə vasitə ilə gedən mesaj, şifrələr, kart informasiyası və digər vacib informasiya oğurlaya bilər.

Bu postda VPN AWS serverləri üzərində qaldırılacaq. Bizdən tələb olunan AWS hesabı açmaqdır.

AWS hesabı açdıqdan sonra yuxarı sol küncdə Services bölməsinə keçərək EC2-ya daxil oluruq.

Buradan Launch Instance-a keçirik.

Burada iki seçim var, biz sadə Ubuntu server qaldırıb OpenVPN və ya hər hansısa digər VPN-i özümüz yarada bilərik, və ya AWS Marketplace keçib OpenVPN axtarmaqla bir neçə klikdə OpenVPN-li server qaldırmış oluruq. OpenVPN axtardıqdan sonra Access Server-i seçirik.

p.s Bizə məhz şəkildə olan OpenVPN lazımdır.

Select etdikdən sonra çıxan pəncərədə continue basaraq irəli keçirik.

Hazırda məndə t2.micro server free tier göstərir başqa server free tier olarsa həmən serveri seçmək lazımdır.

Review and launch -a keçərək yeni pəncərədə ‘create a new key pair’ seçirik və ad qoyuruq. Ad qoyduqdan sonra ‘Download key pair’ seçib açarı yükləyirik. Bu vacibdir sonra yükləmək olmur ona görə elə indi yükləyin onu və Launcha basın.

Daha sonra ‘Instance ID’ gələcək ora basın və Status Running olmasını gözləyin. Server qalxdıqdan sonra uzərində sağ düyməni basaraq Connect bölməsinə keçirik. SSH client seçərək Example hissəsini kopyalayırıq.

Daha sonra Command Prompt (Windows) və ya Terminal (Linux və ya Mac OS) proqramını açırıq və açılan pəncərədə pwd yazırıq. Gələn cavabda göstərilən direktoriyaya az öncə yüklədiyimiz faylı kopyalayırıq və Example-dan olan komandanı işə salırıq.

Error olarsa Windows-da Command Prompt Administrator hüquqları ilə açmalıyıq. Linux və ya Mac Os sistemlərində isə komandanın əvvəlinə sudo komandasını əlavə edirik.

2 dəfə Yes yazdıqdan sonra qalan hər şey üçün Enter basmaq lazımdır.

Daha sonra ikinci dəfə biraz öncə işə saldığımız komandanı işə salmalıylq, yalnız bu dəfə root əvəzinə openvpnas useri kimi qoşuluruq. Qoşulduqdan sonra sudo passwd openvpn komandasını işə salırıq. Yeni şifrə təyin edirik (Şifrənin möhkəm olması vacibdir).

AWS qayıdıb public İP adresimizi tapırıq və kopyalayırıq. Brauzerə https://ipadresimiz:943/admin linkinə keçid edirik. Açılan pəncərədə Advanced seçərək proceed seçirik. Admin adına openvpn yazaraq şifrəni işə bayaq yazdığımızı yazaraq login olaq. İlk dəfə girdiyimizə görə Agree olaq. Və budur vpn servisimiz işləyir. Qaldı bir neçə dəyişiklik etmək və qoşulmaq.

Açılan səhifədə Configuration-u açıb VPN Settings-ə keçirik. Routing bölməsində ‘Should client Internet traffic be routed through the VPN?’ sualını Yes edirik. VPN tam olaraq fəaliyyət göstərir.

Serverə qoşulmaq üçün https://ipadresimiz:943/ linkinə keçirik. Admin adı openvpn yazaraq şifrənidə təkrar yazırıq. Açılan pəncərədən lazım olan cihazı seçib vpn klienti quraşdıra bilərik.

Share