Kompüterdə neçə RAM olmasını yoxlamağın bir neçə yolu var.
1-ci metod
Start açıb msinfo32 yazırıq və açılan pəncərədə şəkildə göstərilən bölmələri axtarırıq. Burada hazırda qoşulu olan RAM, və istifadə oluna bilən RAM görə bilərik

2-ci metod
Start açıb dxdiag yazırıq, nəsə çıxmadısa dxdiag.exe yazın. Şəkildə göstərilən proqram axtarış nəticəsi kimi çıxmalıdır. Onu açırıq

Proqram açıldıqda Yes / No sual seçimli sual gələrsə sadəcə No seçin. Açılan pəncərədə Memory bölməsində bizə lazım olan informasiyanı tapa bilərik.

3-cü metod
Start açıb Task Manager axtarırıq. Proqramı açıb Performance bölməsinə keçirik. Burada həm istifadə olunan RAM-ın canlı statistikasını görə bilərik, həmçinin nə qədər RAM istifadə edildiyini görürük.
