
Daha əvvəl pulsuz hosting haqqında məqaləm olmuşdu. Məqaləni oxumamısınızsa bu linkə keçərək məqalə ilə ətraflı tanış ola bilərsiz.
Keçək əsas məsələyə.
Hosting Web saytınızı və ya Web tətbiqinizi İnternetdə yayımlamağa imkan verən xidmətdir. Siz Hosting xidmətinə qoşulduqda hosting provayderinin serverlərində yer icarə etmiş olursuz. Bu serverlərdədə saytınızın qüsursuz və planlaşdırıldığı kimi işləməsi üçün lazım olan bütün fayllar saxlanılır.
BƏS SERVER NƏDİR?
Server — fiziki kompüterdir. Server 24/7 işlək vəziyyətdə yəni online olmalıdır ki, saytınızda online olsun. Brauzerdə hər hansısa bir sayta daxil olduqda biz saytın yerləşdiyi serverə request göndərmiş oluruq. Serverdə cavab olaraq bizim bu saytda görməli olduğumuz informasiyanın göstərilməsi üçün mühüm faylları bizə göndərir.
Yəni daha qısa desək hər dəfə kim isə sizin domeninizi brauzerdə adres yerinə yazdıqda və daxil olduqda hosting o şəxsin brauzerinə lazım olan faylları göndərir.
Hosting provayderinin əsas vəzifəsi bu serverlərin təhlükəsizliyini və fiziki olaraq kiber cinayətkarlara əlçatan olmamağını qorumaq, serverin tez işləməsi üçün optimizasiya işləri aparmaq və həmçinin saytı ziyarət etmək istəyənlərin hamısına serverləri əlçatan etməkdir.
Server haqqında gələcəkdə daha ətraflı məlumat yazacağam.
HOSTİNG PROVAYDERLƏRİ
Hosting provayderləri təkcə Web Server deyil həmçinin digər servislərdə təklif edə bilərlər. Bunlara aşağıdakılar aid ola bilər:
- Sayt konstruktorları
- 1 klikdə WordPress və ya Drupal kimi CMS-lərin quraşdırılması
- Email hostingi
- SSL sertifikatlaşdırma (Bu haqda daha ətraflı post olacaq)
Hostingin növləri
Provayderlərin çoxları bir neçə tip hosting planı təklif edir, bunlara aşağıdakılar aiddir
- Paylaşılan hosting (Shared Hosting)
- VPS Hosting ( Virtual Private Server)
- Ayrılmış Server Hostingi (Dedicated Server)
- WordPress Hosting
- Bulud Hostingi
Paylaşılan hosting (Shared Hosting)

Bu növ ən ucuz hostingdir. İşləmə prinsipini başa düşmək üçün gəlin tələbə yataqxanasını yada salaq. Bir neçə tələbə bir evdə qalır və evdə hər tələbənin ayrılmış otağı var. Bu hostinglərdə bir neçə müştəri eyni vaxtda çalışır və bir serverin resursları onların arasında bölüşdürülür.
Müsbət tərəfləri
- Digər hosting növlərindən ucuzdur
- Yeni başlayanlar üçün idealdır
- Serverin xidməti texniki dəstək tərəfindən həyata keçirilir
- Blog, kiçik biznes saytları üçün idealdır
Mənfi tərəfləri
- Digər saytların yüklənməsi sizin saytın performansına təsir göstərə bilər
- Təhlükəsizlik baxımından ideal deyil, beləki, serveri bölüşdüyünüz heç görmədiyiniz saytların işlətdiyi təhlükəli scriptlər sizədə təsir göstərə bilər
VPS Hosting ( Virtual Private Server)
VPS Hosting-də Shared kimi bir neçə müştəri arasında bölünür. Amma Shared-dən fərqli olaraq burada sizə verilmiş serverin resursları əvvəlcədən məhz sizin üçün rezerv olunur.
Müsbət tərəfləri
- Digər serverlərdə yerləşən saytlarda gedən proseslər sizin serverinizin performansına təsir etmir
- Root Rights dəstəkləyir
- Lazım olarsa daha çox resurs hosting tərəfindən təşkil edilə bilər (aylıq tarif qiyməti dəyişə bilər)
Mənfi tərəfləri
- Serverlərin idarəsi üçün texniki biliklərin olması vacibdir
Ayrılmış Server Hostingi (Dedicated Server)
Ayrılmış server o deməkdir ki, provayder yalnız sizin sayt üçün server ayırır. Bu sizə serverin bütün xüsusiyyətlərini öz istəyinizə uyğun olaraq qurmaq imkanı verir. Sizin evdə və ya iş yerində qurduğunuz serverdən əsas fərqi odur ki, burada serverə provayder tərəfindən peşəkar texniki servis göstərilir.
Müsbət tərəfləri
- Konfiqurasiyaya tam nəzarət
- Resursların kiminləsə paylaşılmadığına görə serverin etibarlılığı
- Tam Root Rights
Mənfi tərəfləri
- Ən baha variantdır
- Serverlərin idarəsi üçün texniki biliklərin olması vacibdir
WordPress Hosting
Bu növ hosting yeni başlayan bloggerlər arasında ən yayılmışıdır. Şəxsən mənim seçimimdir, beləki, HTML CSS JS qısası Web Development biliklırinə ehtiyac yoxdur. Vaxt baxımından çox sərfəlidir. Web Development biliklərim olsada WordPress işlədirəm çünki, saatlarla kod yazmağa, debugginqa ehtiyac qalmır. Hər istəyə uyöun pluginlər hazır var və 3-4 kliklə hamısı yüklənir.
Bu növ hostingdə texniki olaraq shared hosting kimidir yalnız bu hostinglər məhz WordPress saytları üçün nəzərdə tutulub. Server əvvəlcədən WordPress saytına uyğun yığılır optimizasiya və təhlükəsizlik üçün lazım olan pluginlər əvvəlcədən quraşdırılır.
Müsbət tərəfləri
- Ucuzdur, bəzən Shared Hosting ilə bir qiymətə olur
- Rahatdır
- Saytlar WordPress üçün əvvəlcədən optimallaşdırılıb
- Əvvəlcədən plugin və themelər quraşdırılır
Mənfi tərəfləri

Bulud Hostingi
Bulud Hostingi hazırda ən etibarlı həlldir. Bu növdə serverlərdən ibarət klasterlərdən istifadə olunur. Serverlərdın birində problem yarandığı zaman informasiya digər serverdən alınmağa başlayır və beləcə serverlər 24/7 online olurlar. Bir serverdə olan dəyişiklik digərlərindədə tətbiq edilir. Qısası serverlər öz aralarında mütəmadi olaraq sinxronizasiya edirlər.
Müsbət tərəfləri
- Sistem xətaları saytın işləməsinə təsir göstərmir
- Yalnız işlətdiyiniz resursun pulunu verirsiz
- Resurs lazım olandan nə az nə çox danışılan kimi stabil verilir
- Daha çox resurs lazım olarsa VPS-dan da çox resurs təşkil etmək olar
Mənfi tərəfləri
- Əvvəlcədən qiymət hesablanması çətin ola bilər
- Root Rights hər zaman verilmir
NƏTİCƏ
Bu məqalənin sonunda siz artıq hosting nədir və hansı tip hostinglər var suallarına cavab verə bilərsiz.
Suallarınızı zəhmət olmasa şərh bölməsində yazardız.