Hipervizor virtual maşıların yaradılmasında və idarə edilməsində istifadə edilən proqramdır. Hipervizor bir host kompüterdə bir neçə virtual maşının istifadəsinə imkan yaradır. Hipervizor resursları host kompüterin resurslarından asılıdır yəni host kompüterin yaddaş və prosessor kimi resurslarını virtual olaraq çoxsaylı qonaq VM-ları arasında paylaşılır.
Niyə hipervizordan istifadə etmək lazımdır?
Ayrı-ayrı serverlər əvəzinə bir hipervizor istifadə zaman həm server racklarında fiziki yerə, enerjiyə və texniki dəstək xərclərinə qənaət etmiş oluruq. Serverlərə ayrılmış resurslar hipervizordan rahatlıqla idarə edilə bilər. Virtual maşınları kritik vəziyyətdə sönülü vəziyyətə gətirmədən resursları artırmaq mümkündür.
Hipervizorların növləri
İki əsas hipervizor növü var. Tip 1 (və ya “bare metal” (ing. dilində)) və Tip 2 (və ya “hosted”(ing. dilində)). 1-ci tip hipervizor əməliyyat sistemi kimi fəaliyyət göstərir və hostun birbaşa olaraq üzərinə yazılıb işləyir, 2-ci tip hipervizor isə digər kompüter proqramları kimi əməliyyat sistemində proqram kimi işləyir.
Birinci növ hipervizorlara VMware ESXi, Microsoft Hyper-Vm, Oracle VM Server, Citrix Hypervisor misal çəkmək olar. İkinci növ hipervizorlara VMware Workstation, Oracle VirtualBox, Parallels Desktop misal çəkmək olar.
Müəssisə mühitində ən çox istifadə edilən hipervizor növü birinci tip hipervizordur. Ikinci tip hipervizorlar ən çox proqram təminatının sınaqdan keçirilməsi üçün istifadə olunur.