System Administration

Ubuntu 22.04 üzərində Wireguard VPN

İlk öncə Wireguard VPN quracağımız serverə daxil oluruq. Mən Amazon AWS üzərində Ubuntu 22.04 server qaldırıb bütün prosesi orada həyata keçirəcəyəm. Serveri icarələdiyimiz provayderdən asılı olaraq firewall konfiqurasiyalarında dəyişiklik etmək lazımlı ola bilər. Bu konfiqurasiyaları dəyişmə prosesi hər provayderdə fərqli olsada məntiq olaraq eynidir.…

VMware ESXi nədir?

VMware ESXi Server, VMware tərəfindən vSphere üçün hazırlanmış 1-ci Tip hipervizordur. ESXi, birdən çox virtual maşının (VM) bir fiziki serverdə eyni vaxtda işləməsinə imkan verən VMware-in vSphere server virtuallaşdırma məhsulları dəstinin əsas komponentlərindən biridir.

VMware ESXi-nin əsas xüsusiyyətlərinə aşağıdakılar daxildir:

1.…

VMware vSphere nədir?

VMware vSphere (əvvəllər VMware Infrastructure kimi tanınıb) – ESXi hipervizoru və vCenter idarəetmə proqramını özündə birləşdirən server virtuallaşdırma məhsulları dəstinin adıdır.

VMware vSphere aşağıdakı komponentləri özündə birləşdirir:

  1. ESXi Hypervisor – vSphere-in əsas komponentidir və bilavasitə fiziki server aparatında işləyən virtuallaşdırma qatı kimi xidmət edir.

Hipervizor nədir?

Hipervizor virtual maşıların yaradılmasında və idarə edilməsində istifadə edilən proqramdır. Hipervizor bir host kompüterdə bir neçə virtual maşının istifadəsinə imkan yaradır. Hipervizor resursları host kompüterin resurslarından asılıdır yəni host kompüterin yaddaş və prosessor kimi resurslarını virtual olaraq çoxsaylı qonaq VM-ları arasında paylaşılır.…

Windows Server Yükləmə linkləri

Aşağıda verilən linklər vasitəsi ilə serverlərin evaluation versiyalarını yükləyə bilərsiz. Linklər Microsoft-un linkləridir. Standard və ya Datacenter versiyasına qaldırmaq üçün bu link istifadə edə bilərsiz. Qeyd edim ki, bu yalnız 2022 versiyasına aiddir. Digər versiyalar üçün həll yolu tezliklə paylaşılacaq.

Windows Server 2022 Link

Windows Server 2019 Link

Windows Server 2016 Link

Windows Server 2012 R2 Link

Windows Server DNS – Round Robin qurulması

Serverdə DNS Manager açırıq. Sağ düyməni vurduqda Properties seçirik.

DNS Manager

Burada Advanced bölməsinə keçərək şəkildəki kimi Enable round robin yandırırıq. Standard olaraq server qaldırdıqda round robin qoşulu olur.

DNS Properties

Daha sonra Apply edib Forward Lookup Zones-a Record-ları əlavə edirik.

İşlədiyindən əmin olmaq üçün əlavə etdiyimiz dns recordu nslookup ilə yoxlaya bilərik.…

Windows Server 2022 Evaluation edition-dan Standard və ya Datacenter edition-a qaldırmaq

İlk olaraq cmd administrator kimi açırıq.

Bu komandanı yazaraq upgrade edə biləcəyimiz edition-ları görə bilərik.

dism /online /get-targeteditions

Əgər Windows Server 2022 Evaluation edition Standard qaldırmaq istəyirsizsə bu komanda işinizə yarayacaq.

dism /online /set-edition:serverstandard /productkey:VDYBN-27WPP-V4HQT-9VMD4-VMK7H /accepteula

Əgər Windows Server 2022 Evaluation edition Datacenter qaldırmaq istəyirsizsə bu komandanı yazırıq:

dism /online /set-edition:serverstandard /productkey:VDYBN-27WPP-V4HQT-9VMD4-VMK7H /accepteula

Xəta baş verdiyi zaman serveri restart etmək problemi həll edir.…

Ubuntu-da Samba qurulması

Samba server qurmaq üçün terminalda verilmiş komandanı buraxmalıyıq.

sudo apt update
sudo apt install samba

Samba yazıldıqdan sonra,

mkdir /home/<username>/sambashare/

Komandasını buraxaraq sambashare direktoriyası yaradırıq. Username yerinə, direktoriya home-unda yerləşəcək user adını qeyd edirik, sambashare isə istənilən ad ola bilər. Hazırda misal üçün sambashare istifadə olunacaq.…

Boot Loader nədir?

‘Boot Loader’ əməliyyat sisteminin nüvəsini (kernel) RAM-a yükləyən proqramdır. Bu proqram MBR-da yerləşir.

Linux

Linux istifadəçilərinin seçə biləcəyi bir neçə Boot Loader var.

GRUB (Grand Unified Bootloader) Linux əməliyyat sistemi üçün ən populyar və ən çox funksiyalı Boot Loader-dir

LILO əvvəllər ən populyar Linux Boot Loader-i idi, lakin multiboot (bir neçə əməliyyat sisteminin dəstəklənməsi) mühitləri üçün dəstək olmadığı üçün tədricən istifadəsi azaldı.…