gurbanov

Hipervizor nədir?

Hipervizor virtual maşıların yaradılmasında və idarə edilməsində istifadə edilən proqramdır. Hipervizor bir host kompüterdə bir neçə virtual maşının istifadəsinə imkan yaradır. Hipervizor resursları host kompüterin resurslarından asılıdır yəni host kompüterin yaddaş və prosessor kimi resurslarını virtual olaraq çoxsaylı qonaq VM-ları arasında paylaşılır.…

Windows Server Yükləmə linkləri

Aşağıda verilən linklər vasitəsi ilə serverlərin evaluation versiyalarını yükləyə bilərsiz. Linklər Microsoft-un linkləridir. Standard və ya Datacenter versiyasına qaldırmaq üçün bu link istifadə edə bilərsiz. Qeyd edim ki, bu yalnız 2022 versiyasına aiddir. Digər versiyalar üçün həll yolu tezliklə paylaşılacaq.

Windows Server 2022 Link

Windows Server 2019 Link

Windows Server 2016 Link

Windows Server 2012 R2 Link

Windows Server DNS – Round Robin qurulması

Serverdə DNS Manager açırıq. Sağ düyməni vurduqda Properties seçirik.

DNS Manager

Burada Advanced bölməsinə keçərək şəkildəki kimi Enable round robin yandırırıq. Standard olaraq server qaldırdıqda round robin qoşulu olur.

DNS Properties

Daha sonra Apply edib Forward Lookup Zones-a Record-ları əlavə edirik.

İşlədiyindən əmin olmaq üçün əlavə etdiyimiz dns recordu nslookup ilə yoxlaya bilərik.…

Windows Server 2022 Evaluation edition-dan Standard və ya Datacenter edition-a qaldırmaq

İlk olaraq cmd administrator kimi açırıq.

Bu komandanı yazaraq upgrade edə biləcəyimiz edition-ları görə bilərik.

dism /online /get-targeteditions

Əgər Windows Server 2022 Evaluation edition Standard qaldırmaq istəyirsizsə bu komanda işinizə yarayacaq.

dism /online /set-edition:serverstandard /productkey:VDYBN-27WPP-V4HQT-9VMD4-VMK7H /accepteula

Əgər Windows Server 2022 Evaluation edition Datacenter qaldırmaq istəyirsizsə bu komandanı yazırıq:

dism /online /set-edition:serverstandard /productkey:VDYBN-27WPP-V4HQT-9VMD4-VMK7H /accepteula

Xəta baş verdiyi zaman serveri restart etmək problemi həll edir.…

Kompüterin neçə RAM olmasını yoxlamaq

Kompüterdə neçə RAM olmasını yoxlamağın bir neçə yolu var.

1-ci metod

Start açıb msinfo32 yazırıq və açılan pəncərədə şəkildə göstərilən bölmələri axtarırıq. Burada hazırda qoşulu olan RAM, və istifadə oluna bilən RAM görə bilərik

2-ci metod

Start açıb dxdiag yazırıq, nəsə çıxmadısa dxdiag.exe…

Yeni Text faylın yaradılması (.txt)

Text fayl yaradılmasının iki yolu var.

1-ci metod

Faylı yaradmaq istədiyimiz qovluqda sağ düyməni basaraq New>Text Document seçərək 2 kliklə faylı yaradmış oluruq

2-ci metod

Notepad proqramını start-da axtarıb açırıq, lazım olan informasiyanı qeyd edib yuxarıdaki menyudan Save As seçirik. Burada faylın adını qeyd edib, yaddaşda saxlamaq istədiyimiz yeri açırıq.…

Ekranın şəkilinin çəkilməsi

Ekran şəkilinin çəkilməsi üçün Windows üzərində gəlmiş “Snipping Tool”-dan istifadə edə bilərik. Bunun üçün Start düyməsini basaraq “Snipping tool” yazıb axtarırıq.

Açılan pəncərədə New basaraq ekranda lazım olan hissəni seçərək şəkilini çəkmiş oluruq. Daha sonra disket işarəsini seçərək kompüterin yaddaşında saxlaya bilərik faylı.…

Ubuntu-da Samba qurulması

Samba server qurmaq üçün terminalda verilmiş komandanı buraxmalıyıq.

sudo apt update
sudo apt install samba

Samba yazıldıqdan sonra,

mkdir /home/<username>/sambashare/

Komandasını buraxaraq sambashare direktoriyası yaradırıq. Username yerinə, direktoriya home-unda yerləşəcək user adını qeyd edirik, sambashare isə istənilən ad ola bilər. Hazırda misal üçün sambashare istifadə olunacaq.…

Boot Loader nədir?

‘Boot Loader’ əməliyyat sisteminin nüvəsini (kernel) RAM-a yükləyən proqramdır. Bu proqram MBR-da yerləşir.

Linux

Linux istifadəçilərinin seçə biləcəyi bir neçə Boot Loader var.

GRUB (Grand Unified Bootloader) Linux əməliyyat sistemi üçün ən populyar və ən çox funksiyalı Boot Loader-dir

LILO əvvəllər ən populyar Linux Boot Loader-i idi, lakin multiboot (bir neçə əməliyyat sisteminin dəstəklənməsi) mühitləri üçün dəstək olmadığı üçün tədricən istifadəsi azaldı.…

Limitsiz və Pulsuz Şəxsi VPN (VİDEO)

Bir çoxları VPN-in təkcə internetdə izsiz qalması üçün istifadə olunduğunu fikirləşir. Və bu doğrudur, amma bazarda olan VPN servislər bunu tam təmin eləmir. Yəni uzun sözün qısası əgər təhlükəsiz və ya gizlin qalmaq istəyirsizsə bazardakı servislərə bel bağlamayın və öz VPN-nizi öz serverinizdə və ya kirayə götürdüyünüz güvəndiyiniz VPS serverdə qurun.…