IOPS – Saniyədə Giriş/Çıxış Əməliyyatları (Input/output operations per second) ölçü vahididir. Bu ölçü vahidi HDD, SSD və SAN Storage-ların performansını ölçmək üçün istifadə olunur.
Giriş çıxış dedikdə oxuma yazma sürəti nəzərdə tutulur.
IOPS-un Əhəmiyyəti: Yüksək IOPS dəyərləri olan cihazlar, daha çox giriş/çıxış əməliyyatını saniyədə icra edə bilər, bu da onların daha sürətli olduğunu göstərir. Məsələn, bir SSD-nin HDD-dən daha yüksək IOPS dəyərlərinə malikdir, çünki SSD-lər fiziki hərəkətli hissələrə malik deyillər və elektron yaddaş komponentləri ilə işləyirlər.
IOPS-un Ölçülməsi: IOPS-un ölçülməsi, müxtəlif ölçülərdəki bloklarla oxuma və yazma əməliyyatlarının qarışığını əhatə edir. 4KB blok ölçüsü ilə təsadüfi oxuma və yazma əməliyyatları, yaddaş cihazının kiçik fayllarla işləmə qabiliyyətini ölçmək üçün istifadə olunur. Cihazın böyük fayllarla işləmə qabiliyyətini ölçmək üçün böyük bloklardan istifadə edilir, məsələn 512 KB
IOPS, yaddaş cihazlarının seçimi və konfiqurasiyası zamanı nəzərə alınmalıdır. İstifadəçilər, öz ehtiyaclarına ən uyğun performansı təmin edəcək cihazları seçmək üçün IOPS dəyərlərini müqayisə etməlidirlər.